Bakı. 15 aprel. REPORT.AZ/ Yunanıstan milli komandasının sərbəst güləşçisi Georgios Papadopulos Rusiyanın Moskva vilayətində avtomobil qaçırdığı üçün saxlanılıb.
"Report"un xəbərinə görə, bu barədə TASS-a polisdəki mənbə məlumat verib. O deyib ki, Papadopulos elit avtomobil qaçırmaqda şübhəli bilinir. 31 yaşlı idmançı hazırladığı maşın açarları ilə indiyədək onlarla avtomobil qaçırıb.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir.
Qeyd edək ki, 31 yaşlı Georgios Papadopulos Rusiya güləşçiləri ilə birgə məşqlər etmək üçün Moskvaya gəlib.