Yunanıstan klubunun futbolçusu "Qarabağ"la oyundan öncə zədələnib

Yunanıstan klubunun futbolçusu "Qarabağ"la oyundan öncə zədələnib Kampuş sabahkı oyunu buraxa bilər
Futbol
2 Noyabr , 2016 12:40
Yunanıstan klubunun futbolçusu Qarabağla oyundan öncə zədələnib

Bakı. 2 noyabr. REPORT.AZ/ Yunanıstanın PAOK klubunun futbolçusu Calma Kampuş məşq zamanı zədələnib.

"Report"un klubun saytına istindən məlumatına görə, 29 yaşlı hücumçu sağ ayağından xəsarət alıb.

Anqolalı forvardın zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək. Kampuş böyük ehtimalla "Qarabağ"a qarşı oynamayacaq.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək PAOK - "Qarabağ" matçı yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlanacaq.

Son xəbərlər

Orphus sistemi