Yuxarı

Yozef Blatter: "Öz adımı təmizə çıxarmaq istəyirəm"

Bu proses aprelin sonunadək baş verməlidir

Bakı. 10 mart. REPORT.AZ/ FİFA-nın sabiq prezidenti Yozef Blatter İdman Arbitraj Məhkəməsinin (CAS) aprelin sonunadək ona bəraət verəcəyinə ümid edir. "Report"un məlumatına görə, bu barədə isveçrəli funksioner "Blick" nəşrinə açıqlamasında deyib.

O, adının təmizə çıxmasını istədiyini bildirib: "İndi mənə lazım olan CAS-ın bəraət verməsidir. Bu proses aprelin sonunadək baş verməlidir. Öz adımı təmizə çıxartmaq istəyirəm".

Qeyd edək ki, FİFA-nın Etika Komitəsi Yozef Blatter və UEFA prezidenti Mişel Platinini tutduqları vəzifələrdən 8 il müddətinə uzaqlaşdırıb. Daha sonra Apellyasiya Komitəsi funksionerlərin cəza müddətini 6 ilə endirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi