Yozef Blatter Fransa radiosunda çalışacaq

Yozef Blatter Fransa radiosunda çalışacaq "Fransa Beynəlxalq Radiosu məni işləməyə dəvət edib"
Futbol
23 Dekabr , 2015 09:35
Yozef Blatter Fransa radiosunda çalışacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Futbol fəaliyyətindən 8 il müddətinə kənarlaşdırılan FİFA-nın sabiq prezidenti Yozef Blatter Fransa Kuboku matçı zamanı radioda çalışacaq. "Report"un "Le Monde" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə Y.Blatterin özü açıqlama verib. 

O deyib ki, ilk növbədə sağlıq durumunu qaydasına salmağı və vaxtını ailəsi ilə birgə keçirməyi istəyir. Bundan başqa ali futbol qurumunun sabiq rəhbəri bir günlük radio jurnalisti kimi çalışacağını söyləyib: "Fransa Beynəlxalq Radiosu məni ölkə kuboku matçı zamanı işləməyə dəvət edib". 

Y.Blatter futbol fəaliyyətini başa vurduğunu da söyləyib. O, FİFA-ya inamını mayın 27-dən - ABŞ ədliyyə orqanlarının təşkilatın işinə müdaxiləsindən sonra itirdiyini bildirib: "Həmin gün FİFA nümayəndələri mafioz struktur kimi təqdim olunmuşdular". 

Qeyd edək ki, Yozef Blatter UEFA prezidenti Mişel Platiniyə qeyri-qanuni yolla 2 milyon İsveçrə frankı köçürdüyü üçün dekabrın 21-də 8 il müddətinə futboldan kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi