Yuxarı

Yozef Blatter FIFA prezidentini məhkəməyə verir

Yozef Blatter FIFA prezidentini məhkəməyə verir

FIFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu məhkəməyə verəcək.

“Report” xəbər verir ki, 83 yaşlı isveçrəli keçmiş funksioner bu barədə “France Press”ə bildirib.

Blatter 2014-cü il dünya çempionatından sonra 10,6 milyon avro bonus alması ilə bağlı FIFA tərəfindən yayılan məlumatdan şikayətçidir. O, həqiqəti əks etdirməyən məlumat dərc olunduğu üçün mənəvi təzminat almaq fikrindədir.

İyunun 5-də FIFA-nın Konqressində qurumun prezidenti postuna seçki olacaq. Bu vəzifəyə yeganə namizəd İnfantinodur.

Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, 2015-ci ildə qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Blatterə 8 il ərzində futbola aid hər bir məşğuliyyət qadağan edilib. Sonradan bu cəza 6 ilə endirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi