“Yoldaşlıq Futbolu” turnirinə yekun vurulub

“Yoldaşlıq Futbolu” turnirinə yekun vurulub Finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb
Futbol
19 İyul , 2016 08:19
“Yoldaşlıq Futbolu” turnirinə yekun vurulub

Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və Neftçi PFK-nın birgə təşkilatçılığı ilə keçirilən “Yoldaşlıq Futbolu”nun final matçı baş tutub.

“ASAN Könüllüləri” Təşkilatından "Report"a verilən məlumata görə, finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb.

Gərgin keçən qarşılaşmada 2-3 hesabıyla Sumqayıt “ASAN xidmət” könüllüləri qalib olub və “Yoldaşlıq Futbolu” turnirinin kubokunu qazanıblar.

Oyunun sonunda yarış iştirakçıları diplom və medallarla mükafatlandırılıblar. Mükafatlandırma mərasimində iştirak edən “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, “Neftçi”nin əfsanəvi “7 nömrə”si Səmədağa Şıxlarov və "Neftçi"nin oyunçusu Elşən Abdullayev iştirak edərək yarış iştirakçılarına uğurlar arzulayıb, qalib komandanı təbrik ediblər.

Qeyd edək ki, ASAN könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini aşılamaq, onların asudə vaxtının səmərəli keçməsinə şərait yaratmaqdır. Layihə Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə gənclərini əhatə edib.

Son xəbərlər

Orphus sistemi