Yuxarı
    Bağlamaq

    ​Yoahim Löv 2014-cü ilin ən yaxşı məşqçisi elan olunub

    O, bu ada FİFA-nın Sürixdə keçirilən tədbirində layiq görülüb

    Bakı. 12 yanvar. REPORT.AZ/ Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Yoahim Löv Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2014-cü ilin ən yaxşı məşqçisi mükafatına layiq görülüb.

    "Report" xəbər verir ki, bu barədə FİFA-nın bazar ertəsi Sürix şəhərində keçirilən və ötən ilin yekunlarına həsr olunan təntənəli gecəsində elan olunub.

    Y.Löv 2014-cü ildə Almaniya yığmasını Braziliyada keçirilən Dünya çempionatının qalibi edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi