Türkiyənin rekordçu baş məşqçisi Yılmaz Vural karyerasında 38-ci komandada çalışacaq

Türkiyənin rekordçu baş məşqçisi Yılmaz Vural karyerasında 38-ci komandada çalışacaq 63 yaşlı mütəxəssis I Liqa klubu ilə müqavilə bağlayır
Futbol
26 Aprel , 2016 13:42
Türkiyənin rekordçu baş məşqçisi Yılmaz Vural karyerasında 38-ci komandada çalışacaq

Bakı. 26 aprel. REPORT.AZ/ Türkiyə futbolunun qalmaqallı baş məşqçilərindən sayılan Yılmaz Vural özünə yeni komanda tapıb. "Report"un məlumatına görə, 63 yaşlı mütəxəssis I Liqada mübarizə aparan "Adana Demirspor"un sükanı arxasına keçib.

Bu, Y.Vuralın baş məşqçilik karyerasında 38-ci komandadır. İş yerini dəyişmə sarıdan rekordçu mütəxəssis "Adana Demirspor"da ilk dəfə çalışacaq. Tərəflər bu gün klub bazasında keçiriləcək imza mərasimində münasibətləri rəsmiləşdirəcək. Müqavilənin müddəti və şərtləri açıqlanmır.

Qeyd edək ki, Yılma Vural "Adana Demirspor"da Tayfur Havutçunu əvəzləyib. Hazırda komanda 31 turdan sonra 50 xalla 4-cü yerdədir.

Son xəbərlər

Orphus sistemi