PFL prezidenti: "Yeni mövsümdən komandaların sayı 12 ola bilər

PFL prezidenti: "Yeni mövsümdən komandaların sayı 12 ola bilər Ramin Musayev çempionat barədə fikirlərini bölüşüb
Futbol
23 May , 2015 00:18
PFL prezidenti: Yeni mövsümdən komandaların sayı 12 ola bilər

Bakı. 23 may. REPORT.AZ/ "Yeni mövsümdən ən azı 10 komanda olacaq və bu rəqəm 12-yə qalxa bilər".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 35-ci turunda keçirilmiş "İnter" - "Qarabağ" (2:1) oyunundan sonra bildirib.

Qurum prezidenti sona bir turu qalan çempionat haqqında fikirlərini də bölüşüb. Komandaları təbrik edən R.Musayev, üçüncü yerin sahibinin hələ ki, bəlli olmadığını bildirib:

"Demək olar ki, artıq iki komanda Avroliqaya vəsiqə qazanıb. Çempionatın necə keçdiyinə, ədalətli olub olmamasına bizdən çox siz jurnalistlər qiymət vermisiniz. Mənim bu haqda nəsə deməyim, bəlkə də yersiz olar. Ancaq Avrokuboklarda sübut olunacaq ki, çempionat ədalətli keçdi və hər bir komanda layiq olduğu yerə müvəffəq olub".

Son xəbərlər

Orphus sistemi