Yeni formatlı Avropa çempionatının 1-ci mərhələsində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

Yeni formatlı Avropa çempionatının 1-ci mərhələsində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib 2020-ci ildən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının da tətbiqinə başlayacaq.
Futbol
3 Dekabr , 2019 15:28
Yeni formatlı Avropa çempionatının 1-ci mərhələsində Azərbaycan yığmasının rəqibləri müəyyənləşib

2020-ci ildən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının da tətbiqinə başlayacaq.

"Report" xəbər verir ki, indiyədək təşkil olunan qitə birinciliklərindən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.

Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 Avropa çempionatının final mərhələsi isə 2022-ci ildə olacaq.

Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Rəqiblər Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi