Yuxarı
    Bağlamaq

    Yəməndə stadion yaxınlığında partlayış baş verib: 4 ölü

    İnsidentin təfərrüatları araşdırılır

    Bakı. 12 aprel. REPORT.AZ/ Yəmənin Aden şəhər stadionu yaxınlığında partlayış baş verib. "Report"un məlumatına görə, ilkin olaraq, 4 nəfərin öldüyü bildirilir. 

    Hələlik regiondakı heç bir qruplaşma partlayışın məsuliyyətini öz üzərinə götürməyib. İnsidentin təfərrüatları araşdırılır. 

    Qeyd edək ki, 2014-cü ilin avqustundan husilərlə hökumət nümayəndələri arasında qarşıdurma davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi