"Neftçi"nin sonuncu rəqibi müəyyənləşib

"Neftçi"nin sonuncu rəqibi müəyyənləşib Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq Neftçi klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı sonuncu rəqibi də müəyyənləşib.
Futbol
9 Yanvar , 2020 15:09
Neftçinin sonuncu rəqibi müəyyənləşib

Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi" klubunun yoxlama görüşündə qüvvəsini sınayacağı sonuncu rəqibi də müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Roberto Bordinin baş məşqçisi olduğu komanda son yoxlama matçını yanvarın 24-də digər Ukrayna təmsilçisi “Desna”ya qarşı keçirəcək.

Xatırladaq ki, "Neftçi" bu oyuna qədər Türkiyədə Polşanın “LKS Lodz” (15 yanvar) və Kiyev “Dinamo”su (20 yanvar) ilə də üz-üzə gələcək. "Ağ-qaralar" vətənə yanvarın 25-də qayıdacaq.

Son xəbərlər

Orphus sistemi