​"Yanq Boyz"un Bakıya gələcəyi vaxt məlum olub

​"Yanq Boyz"un Bakıya gələcəyi vaxt məlum olub Komanda "Hilton" otelində qalacaq
Futbol
24 Avqust , 2015 17:01
​Yanq Boyzun Bakıya gələcəyi vaxt məlum olub

Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçrə "Yanq Boyz"u sabah Bakıya gələcək. Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

N.İbrahimov bildirib ki, rəqib komanda sabah axşam saatlarında paytaxtda olacaq. Komanda paytaxtda "Hilton" otelində qalacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 27-də keçiriləcək. İsveçrədə keçirilmiş ilk oyunda "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi