Yuxarı
    Bağlamaq

    “Yagelloniya”nın futbolçusu: “Azərbaycana qələbə üçün gedəcəyik”

    “Qəbələ” son illər Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb”

    Bakı. 7 iyul. REPORT.AZ/ “Avropa Liqasının bütün iştirakçıları güclüdür. Buna rəğmən, “Yagelloniya” Azərbaycana qələbə üçün gedəcək”. “Report”un məlumatına görə, bunu futbolas.lt saytına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Polşa təmsilçisi “Yagelloniya”nın futbolçusu Arvidas Novikovas deyib.

    27 yaşlı litvalı müdafiəçi bildirib ki, səfərdə baş tutacaq ilk matçda uğurlu nəticə əldə etməyə çalışacaqlar: “Bütün oyunlar çətindir. Bilirik ki, “Qəbələ” son illər Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. Lakin Azərbaycanda qalibiyyət üçün mübarizə aparacağıq. İlk görüşü aktivimizə yazmaq istəyirik. Hətta heç-heçə də yaxşı nəticə olacaq. Daha sonra öz meydanımızda lazım olan nəticəni təmin edərik. Evdə həmişə yaxşı oynayırıq. Ümid edirəm ki, növbəti mərhələyə vəsiqə qazanacağıq”.

    Qeyd edək ki, “Qəbələ”nin “Yagelloniya” ilə ilk oyunu iyulun 13-də keçiriləcək. “Bakcell Arena”da baş tutacaq qarşılaşma saat 21:00-da start götürəcək. Cavab görüşü isə iyulun 20-də olacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi