"Yagelloniya"nın baş məşqçisi: "Hətta 8:0-dan sonra da "Kəpəz"in qol vurmasına yol verməməli idik"

"Yagelloniya"nın baş məşqçisi: "Hətta 8:0-dan sonra da "Kəpəz"in qol vurmasına yol verməməli idik" "Əvvəlki iki yoxlama matçındakı yüksək əzmkarlığımız bu dəfə yox idi"
Futbol
29 Yanvar , 2018 09:43
Yagelloniyanın baş məşqçisi: Hətta 8:0-dan sonra da Kəpəzin qol vurmasına yol verməməli idik

Bakı. 29 yanvar. REPORT.AZ/ "Bu gün matçın xüsusən, ilk yarısı xoşuma gəldi. Söhbət sırf nəticədən deyil, oyunun xarakterindən gedir. İstədiyimiz oyunu sərgilədik. Mövqe hücumları sərgiləmək niyyətində idik ki, fasilədəyək çoxlu belə hallar baş verdi".

"Report"un məlumatına görə, bunu Polşa "Yagelloniya"sının baş məşqçisi İreneuş Mamrot Türkiyənin Antalya bölgəsində "Kəpəz"i 8:1 hesabı ilə yendikləri yoxlama oyunundan sonra deyib. 48 yaşlı mütəxəssis fasilədən sonra lazımi oyun keyfiyyətlərinin çatışmadığını bildirib: "Topa yenə rəqibdən çox yiyələnsək də, bu, ilk yarıdakı qədər deyildi. İkinci hissədə çox az epizod yarartdıq. Üstəlik, "Kəpəz" iki yaxşı imkan yaratdı və sonuncu dəqiqədə qol vurdu. Hətta belə hesabla da buna yol verməməliyik. Lakin, bu, elə də vacib deyil. Xoşbəxtəm ki, ötən oyunumuzdan sonra diqqət yetirməli olduğumuz məqam bu gün daha çox nəzərə çarpırdı. Hərçənd, onu da qeyd etməliyəm ki, əvvəlki iki yoxlama matçındakı yüksək əzmkarlığımız bu dəfə yox idi. Bizim üçün bir qədər asan idi, amma oyunçularımızın tapşırıqlarımızı yaxşı yerinə yetirdiklərini də vurğulamalıyıq. Qarşıda daha güclü rəqiblərlə 2 oyunumuz da var. Fikrimcə, nəyə qadir olduğumuz növbəti görüşlərdə bilinəcək".

Qeyd edək ki, "Yagelloniya" "Kəpəz"lə oyunun ilk yarısında 7 cavabsız qol vurub. Fasilədən sonra isə tərəflər hərəyə 1 dəfə fərqləniblər. 

Son xəbərlər

Orphus sistemi