Yuxarı

Xosep Qvardiola "Liverpul"u dünyanın və Avropanın ən yaxşı komandası adlandırıb

Xosep Qvardiola "Liverpul"u dünyanın ən yaxşısı adlandırdı

Bakı. 31 dekabr. REPORT.AZ/ "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının XXI turunda qarşılaşacaqları "Liverpul"la oyun haqqında fikirlərini bölüşüb.

"Report" "BBC Sport"a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis rəqiblərini dünyanın və Avropanın ən yaxşı komandası hesab edib: "Liverpul" hazırda Avropa və dünyadakı ən yaxşı komandadır. Xal itirsək hər şeyin bitəcəyini bilirik. Birinci yer uğrundakı yarış başa çatacaq".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" matçı yanvarın 3-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Çempionatda məğlub olmayan "Liverpul" 54 xalla birinci, "Mançester Siti" isə 47 xalla ikinci pillədə qərarlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi