Xosep Qvardiola karyerasını başa vurmaq istədiyi komandanın adını açıqlayıb

Xosep Qvardiola karyerasını başa vurmaq istədiyi komandanın adını açıqlayıb Bakı. 13 sentyabr. REPORT.AZ/ İngiltərənin Mançester Siti klubunun baş məşqçisi Xosep Qvardiola karyerasını başa vurmaq istədiyi komandanın adını açıqlayıb.
Futbol
13 Sentyabr , 2018 15:19
Xosep Qvardiola karyerasını başa vurmaq istədiyi komandanın adını açıqlayıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola karyerasını başa vurmaq istədiyi komandanın adını açıqlayıb. 

"Report" xəbər verir ki, 47 yaşlı mütəxəssis "Marka"ya açıqlamasında futbolla İspaniya "Barselona"sında vidalaşmaq istədiyini söyləyib. "Harada başlamışamsa, elə orada bitirəcəyəm. Son missiyam gənclər komandalarında iş olacaq. Ümidvaram ki, bu, "Barsa"nın gənclər komandası olacaq. İnanıram ki, bu, baş verəcək. "Barselona"nın baş məşqçisi olduğum vaxt hər şey münasib idi. Gənc klub prezidenti, əla rəhbər heyət, qızıl oyunçu nəsli və dünyanın ən yaxşı futbolçusu ilə çalışırdım", - deyə X.Qvardiola bildirib. 

Qeyd edək ki, Xosep Qvardiola məşqçilik karyerasına "Barselona B" komandasında başlayıb. 2008-ci ildə əsas komandaya baş məşqçi təyin edilən mütəxəssis 4 il ərzində 3 dəfə İspaniya çempionu, 2 dəfə Çempionlar Liqasının, eləcə də UEFA Super Kuboku və klublararası dünya çempionatının qalibi olub. Ötən mövsüm "Mançester Siti"ni çempion edən Qvardiola ilə müqavilə 2021-ci ilin yayınadək uzadılıb. 

Son xəbərlər

Orphus sistemi