Xorvatiyalı futbolçu matç zamanı ölüb

Xorvatiyalı futbolçu matç zamanı ölüb Bakı. 25 mart. REPORT.AZ/ İyirmi beş yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb.
Futbol
25 Mart , 2018 04:17
Xorvatiyalı futbolçu matç zamanı ölüb

Bakı. 25 mart. REPORT.AZ/ İyirmi beş yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə "Marsoniya" futbol klubunun "facebook" səhifəsində bildirilib.

Məlumata görə, hadisə "Marsoniya" və "Slavoniya" komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.

Oyunçunun ölüm səbəbi hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi