Yuxarı

Xorvatiya yığmasının daha bir futbolçusu zədələnib

Xorvatiya yığmasında daha bir itki

Xorvatiya milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Marselo Brozoviç zədələnib. 

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi A Seriyasının XXVII turunda evdə "Spal"a 2:0 hesabı ilə qalib gəldikləri görüşün 42-ci dəqiqəsində sağ ayaq əzələsindən xəsarət alıb. Oyuna davam edə bilməyən Brozoviçi Antonio Kandreva əvəzləyib.

Xorvatiyalı futbolçunun zədəsinin ciddilik dərəcəsinə tibbi müayinədən sonra aydınlıq gələcək. 

Qeyd edək ki, Xorvatiya Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstanla isə martın 24-də Budapeştdə qarşılaşacaq. 

Manaf QASIMBƏYLİ

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi