Xorvatiya millisinin sabiq futbolçusu böyrək köçürməsinə ehtiyac duyur

Xorvatiya millisinin sabiq futbolçusu böyrək köçürməsinə ehtiyac duyur İvan Klasniçə böyrək çatışmazlığı diaqnozu qoyulub
Futbol
1 Oktyabr , 2016 03:55
Xorvatiya millisinin sabiq futbolçusu böyrək köçürməsinə ehtiyac duyur

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə Xorvatiya millisinin sabiq futbolçusu İvan Klasniçə böyrək çatışmazlığı diaqnozu qoyulub və onun növbəti böyrək köçürməsinə ehtiyacı var.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "Mirror" nəşri yazıb.

Karyerasını 2013-cü ildə bitirən 36 yaşlı futbolçu hazırda Hamburq şəhərinin klinikalarından birində həftədə üç dəfə dializ proseduru keçir.

Statistikaya görə, Almaniyada donor orqanı gözləmək orta hesabla 7 il vaxt tələb edir.

Klasniçə ilk dəfə 10 il əvvəl böyrək çatışmazlığı diaqnozu qoyulub. Həmin vaxt ona iki dəfə böyrək köçürülüb. Birinci donor anası olub, lakin Klasniçin orqanizmi bunu qəbul etməyib. İkinci donor atası olub və futbolçu həmin böyrək ilə indiyə qədər yaşayır.

Klasniç karyerası ərzində Almaniyanın "Sankt-Pauli", "Verder" və "Mayts", Fransanın "Nant" və İngiltərənin "Bolton" klublarında çıxış edib.

O, Xorvatiya yığmasının heyətində 41 oyun keçirib və 12 qol vurub. Futbolçu Avropa çempionatı – 2008-də çıxış edib və turnirin final mərhələsində oynayan ilk böyrək köçürülmüş futbolçu olub.

Son xəbərlər

Orphus sistemi