Yuxarı

Xorvatiya millisi Azərbaycanla oyunöncəsi məşqə çıxıb

​Xorvatiya millisi Azərbaycanla oyunöncəsi məşqə çıxıb

Xorvatiya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup oyunundan əvvəl məşqə çıxıb.

"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Maksimir" stadionundakı hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.

Futbolçular yüngül qaçışdan sonra toplu çalışmalar üzərində çalışıblar.

Martın 21-də keçiriləcək Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi