Xorvatiya Azərbaycanla oyunda qələbə qazanıb - YENİLƏNİB-4 - VİDEO

Xorvatiya Azərbaycanla oyunda qələbə qazanıb - YENİLƏNİB-4 - VİDEO Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Futbol
22 Mart , 2019 01:35
Xorvatiya Azərbaycanla oyunda qələbə qazanıb - YENİLƏNİB-4 - VİDEO

Xorvatiya Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçı meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, Zaqrebdəki "Maksimir" stadionunda keçirilən qarşılaşma Xorvatiya yığmasının 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.


***01:35

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab dəyişib.

"Report" xəbər verir ki, Xorvatiya komandasının 9 nömrəli oyunçusu Andrej Kramaric qarşılaşmanın 79-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb - 2:1


***00:32

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab bərabərləşib.

"Report" xəbər verir ki, Borna Barişiç matçın 44-cü dəqiqəsində hesabı bərabərləşdirib - 1:1.

Matçın birinci hissəsi bu hesabla başa çatıb. 


***00:04

Xorvatiya və Azərbaycan yığmaları arasındakı futbol üzrə AVRO-2020-nin seçmə matçında hesab açılıb. 

"Report"un məlumatına görə, qarşılaşmanın 19-cu dəqiqəsində Ramil Şeydayev qüvvətli zərbə ilə Azərbaycan millisini hesabda önə çıxarıb - 1:0.


***23:45

Zaqrebdə Xorvatiya və Azərbaycan milli komandaları arasında futbol üzrə AVRO-2020-nin seçmə oyunu başlayıb. 

"Report"un matça ezam olunmuş əməkdaşı xəbər verir ki, E qrupunun görüşü "Maksimir" stadionunda keçirilir.

Son xəbərlər

Orphus sistemi