Yuxarı

XİN başçısı: "İmkan olduqca uşaqlarla futbol oynayıram"

Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın?

Bakı. 29 avqust. REPORT.AZ/ "Baxmayaraq ki, 56 yaşındayam, imkan olduqca uşaqlarla futbol oynayıram".

"Report" xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Nazir xarici siyasətdən futbol idarəçiliyinə adaptasiya dövrü ilə bağlı ünvanlanan suala belə cavab verib:

"Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. Burada ilk gündən özünü nəinki azarkeş kimi hiss edirsən, hətta imkan olduqca meydana da çıxırsan. Baxmayaraq ki, 56 yaşındayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi