​"Xəzər Lənkəran" Yunis Hüseynova görə cəzalanıb

​"Xəzər Lənkəran" Yunis Hüseynova görə cəzalanıb Klub 1 000 manat ödəməli olacaq
Futbol
12 May , 2015 13:54
​Xəzər Lənkəran Yunis Hüseynova görə cəzalanıb

Bakı. 12 may. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Xəzər Lənkəran" klubunu cəzalandırıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb kimi komandanın baş məşqçisi Yunis Hüseynovun "Qarabağ"la Azərbaycan Premyer Liqasının XXXIII tur matçından sonra mətbuat konfransına qatılmaması göstərilib.

Komitə Lənkəran klubunu 1 000 manat cərimələyib. Oyunun protokolunda Y.Hüseynovun adı yazılsa da, jurnalistlər önünə Elbrus Məmmədov çıxıb. 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" maçtı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi