Yuxarı

​"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu həvəskarlar liqasında çıxış edəcək

O, dostunun xahişi ilə keçidə razılıq verib

Bakı. 28 mart. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Ahmet Dursun Türkiyənin 2-ci həvəskarlar liqasında çıxış edəcək. "Report"un məlumatına görə, 38 yaşlı hücumçu "Büyükderespor"un uğurları üçün çalışacaq.

Onun "Büyükderespor"da oynayan dostu Evren Turhanın xahişi ilə keçidə razılıq verdiyi bildirilir. Lakin təcrübəli forvard bir müddət yeni komandasında forma geyinə bilməyəcək. Səbəb onun qış fasilsində keçirilmiş "4 böyüklərin turniri"ndə zədələnməsidir.

Qeyd edək ki, 2009-cu ilin fevralında "Xəzər Lənkəran"la müqavilə imzalayan Ahmet Dursun həmin mövsümün sonunadək komandada qalıb. O, futbolçu karyerası ərzində "Beşiktaş", "İstanbulspor", "Antalyaspor", "Ankaragücü", "Tianjin Teda" (Çin) klublarının da formasını geyinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi