"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi məhkəməyə müraciət edib

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi məhkəməyə müraciət edib Mustafa Dənizli təhdid olunduğunu bildirib
Futbol
3 Yanvar , 2017 10:20
Xəzər Lənkəran klubunun sabiq baş məşqçisi məhkəməyə müraciət edib

Bakı. 3 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizli məhkəməyə müraciət edib. 

"Report"un "Milliyet"ə istinadən verdiyi məlumata görə, buna səbəb 67 yaşlı baş məşqçinin keçmiş arvadının ailəsi tərəfindən təzyiqlərə məruz qalmasıdır.

Cütlük sentyabrda ayrıldıqdan sonra Evin Elçinin qardaşı və qayınatası M.Dənizlinin evinə gəlib. Qardaşı Dənizlidən bacısından boşanmaq üçün 5 milyon lirə tələb edib: "Evimə gəlib məni təhdid etdilər. "Səni başından vurarıq. Təkcə səni yox, bütün nəslini öldürərik" - dedilər. Yaşadığım hadisələrdən sonra psixologiyam pozulub. Hiss etdiyim qorxunu ifadə etmək mümkün deyil. Hadisədən sonra ürəyim getdi. Ölümlə üz-üzə gəldim. Həmin şəxslərin cəzalandırılmasını istəyirəm".

M.Dənizlinin şikayətindən sonra hadisə ilə bağlı araşdırma başlanılıb. Mustafa Dənizli və Evin Elçi 6 il birgə yaşayıblar.

Qeyd edək ki, türkiyəli mütəxəssis 2013-cü ilin noyabrında "Xəzər Lənkəran"da işləməyə başlayıb. Lakin həmin mövsümün sonunda Dənizli ilə yollar ayrılıb.

Son xəbərlər

Orphus sistemi