​"Xəzər Lənkəran" klubunun daha iki azarkeşi sərbəst buraxılıb

​"Xəzər Lənkəran" klubunun daha iki azarkeşi sərbəst buraxılıb Rəfail Əkbərov və Aqşin Əkbərov da dəmir barmaqlıqlardan xilas olub
Futbol
9 Aprel , 2015 16:12
​Xəzər Lənkəran klubunun daha iki azarkeşi sərbəst buraxılıb

Bakı. 9 avqust. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun həbsdə olan azarkeşlərindən 2-si şərti azadlığa buraxılıb. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rəfail Əkbərov və Aqşin Əkbərov dəmir barmaqlıqlardan xilas olub. 

Hazırda Lənkəran təmsilçisinin yalnız bir azarkeşi - Elman Tağıyev həbsdədir. Daha öncə Elçin Bayramov Novruz bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanına əsasən azadlığa çıxıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" azarkeşləri 2013-cü ilin avqustunda Lənkəran şəhər stadionunda "Neftçi" ilə keçirilən oyundan sonra baş vermiş insidentlə əlaqədar həbs olunub.

Son xəbərlər

Orphus sistemi