"Xəzər Lənkəran"ın əsas komandası Azərbaycan çempionatında çıxışını dayandırıb

"Xəzər Lənkəran"ın əsas komandası Azərbaycan çempionatında çıxışını dayandırıb Mübariz Mənsimovun rəhbərliyi altında iclas keçirilib
Futbol
27 May , 2016 16:06
Xəzər Lənkəranın əsas komandası Azərbaycan çempionatında çıxışını dayandırıb

Bakı. 27 may. REPORT.AZ/ “Xəzər Lənkəran” Futbol Klubunda fəxri prezident Mübariz Mənsimovun başçılığı ilə iclas keçirilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Lənkəran təmsilçisinin fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

Yekunda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün “Xəzər Lənkəran” AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.

Əvvəlki illərdə olduğu kimi, klub Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. “Xəzər Lənkəran” öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

Qeyd edək ki, "Xəzər Lənkəran" Azərbaycan Premyer Liqasında 2015-2016 mövsümünü 10 komanda arasında sonuncu pillədə başa vurub. 

Son xəbərlər

Orphus sistemi