Yuxarı

​"Xəzər Lənkəran"ın yeni baş məşqçisi: "Yeni bir komanda yaradacağıq"

Komandanın yeni baş məşqçisi müəyyənləşib

Bakı. 23 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. "Report"un məlumatına görə, klubun əvəzedici heyətinə rəhbərlik edən Elbrus Məmmədov əsas komandanın sükanı arxasına keçib.

Yeni vəzifədə o öz istəyi ilə istefa vermiş Oğuz Çətini əvəzləyib. E.Məmmədov "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Bu gün klub prezidenti Mais Mənsimovla görüşümüz oldu. Görüşdə yeni komanda qurmaq, gəncləşdirmə siyasətindən danışıldı. Əsas öz yetirmələrimizə üstün verəcəyik. Bəlkə mənim rəhbərliyim altında əvəzedicidən gələn futbolçularımız özlərini doğrulda biləcək. Hələ ki, əvvəlki müqavilə ilə işləyirəm və onun da bitməsinə 2 il var. Fikrimcə, yerimdə kim olsa, müqaviləyə tələsməz".

Yerli mütəxəssis heyətdə dəyişikliyin olacağını və bu məsələyə bir neçə gündən sonra aydınlıq gələcəyini söyləyib: "Yeni bir komanda yaradacağıq. Heyətdə dəyişikliklər olacaq və 3 legioner qalacaq. Biz sabahın komandasını qurmağa çalışacağıq. Komandanın idman direktoru Yunis Hüseynov da mənə yeni işimdə kömək edəcək. Bir neçə gündən sonra hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın türkiyəli çalışdırıcısı Oğuz Çətin dünən rəhbərliyə istefa verdiyini bildirib və komandanı tərk edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi