"Xəzər Lənkəran"ın vitse-prezidenti FİFA-nın kluba qoyduğu transfer qadağasına münasibət bildirib

"Xəzər Lənkəran"ın vitse-prezidenti FİFA-nın kluba qoyduğu transfer qadağasına münasibət bildirib Tuyqun Nadirov: "Transfer qadağası qüvvədə qalsa, azad agent statuslu futbolçular almalı olacağıq"
Futbol
5 İyun , 2015 14:07
Xəzər Lənkəranın vitse-prezidenti FİFA-nın kluba qoyduğu transfer qadağasına münasibət bildirib

Bakı. 5 iyun. REPORT.AZ/ "Xəzər Lənkəran"ın transfer siyahısında 20 futbolçu var. Onlardan biri də Səlahət Ağayevdir. Qardaşı onun meneceri rolunu oynayır. Lakin biz klub olaraq, qapıçının özü ilə görüşmək istəyirik və görüş bu yaxında baş tutacaq". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Xəzər Lənkəran" futbol klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

O bildirib ki, klubun növbəti mövsümdə məqsədi təkcə avrokuboklara vəsiqə deyil, çempionluq və ya ölkə kubokunu qazanmaqdan ibarət olacaq. T.Nadirov bununla əlaqədar apreldən futbolçu axtarışlarına start verildiyini açıqlayıb: "Baş məşqçi Yunis Hüseynov özü şəxsən Latın Amerikası, Afrika, Avropadan isə İspaniya və Portuqaliyada futbolçuların oyunlarını şəxsən izləyib".

Lakin yeni transferlərin həyata keçirilməsi heç də asan olmayacaq. Buna FİFA-nın "Xəzər Lənkəran"a qoyduğu qadağa səbəb olub. Klub bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. T.Nadirov qərarın yaxın zamanlarda açıqlanacağını söyləyib. Onun sözlərinə görə, transfer qadağası qüvvədə qalsa, azad agent statuslu futbolçular almalı olacaqlar.

Vitse-prezident Yunis Hüseynovun "Xəzər Lənkəran"a baş məşqçi təyinatına da münasibət bildirib: "Ötən yay heç bir klub "Xəzər Lənkəran" qədər futbolçu transfer etmədi. Lakin uğursuzluq alındı və baş məşqçi ilə yollar ayrıldı. Sonradan heyət əsasən gənclərdən təşkil olundu. Onlar da Elbrus Məmmədovun yetirmələri idi. Sevindirici hal idi ki, heyətin 70-80 faizi gənclərdən təşkil olunurdu. Amma UEFA qaydalarına əsasən, avrokuboklarda iştirak edəcək klubun baş məşqçisi Pro kateqoriyalı olmalıdır. Biz də qarşımıza bu hədəfi qoyduğumuzdan, Yunis Hüseynovu baş məşqçi təyin etdik. Bu təyinatadək Hüseynov idman direktoru vəzifəsində çalışıb. Baş məşqçi təyinatı onun vəzifəsinin azaldığı və ya çoxaldığı anlamına gəlmir. Yenə öz işini görəcək". 

Son xəbərlər

Orphus sistemi