​"Xəzər Lənkəran"ın Türkiyədəki ilk yoxlama oyunu təxirə salınıb

​"Xəzər Lənkəran"ın Türkiyədəki ilk yoxlama oyunu təxirə salınıb Səbəb rəqib komandanın heyətində zədəli futbolçuların olmasıdır
Futbol
8 İyul , 2015 16:40
​Xəzər Lənkəranın Türkiyədəki ilk yoxlama oyunu təxirə salınıb

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyənin Nevşehir bölgəsində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın bugünkü yoxlama görüşü baş tutmayacaq. "Report"un Cənub klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb sınaqçı rəqib "Kayseri Erciyesspor"un heyətində bir sıra zədəli futbolçuların olmasıdır.

Yoxlama matçı Erciyes tərəfinin xahişinə əsasən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti yoxlama oyununu iyulun 11-də keçirməyi planlaşdırır. Rəqib hələ məlum deyil. 

Son xəbərlər

Orphus sistemi