Yuxarı

​"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Antalyaspor"la müqavilə bağlayıb

Kamerunlu hücumçu ilə münasibətlər bu gün rəsmiləşib

Bakı. 7 iyul. REPORT.AZ/ "Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etame Türkiyənin "Antalyaspor" klubu ilə müqavilə imzalayıb. "Report"un Antalya klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, kamerunlu hücumçu ilə münasibətlər bu gün rəsmiləşdirilib.

Lakin 27 yaşlı forvardla müqavilənin müddəti və maddi tərəfləri açıqlanmır. 

Qeyd edək ki, Mbilla Etame 2013-2014 mövsümünü "Xəzər Lənkəran"da keçirdikdən sonra karyerasını Türkiyənin "Samsunspor" klubunda davam etdirib. Onun yeni klubu daha öncə Samuel Eto O və Ronaldinyo ilə anlaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi