"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika klubu ilə razılığa gəlib

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika klubu ilə razılığa gəlib Mirça Rednik “Mouscron” klubunu çalışdıracaq
Futbol
7 Dekabr , 2016 00:05
Xəzər Lənkəranın sabiq baş məşqçisi Belçika klubu ilə razılığa gəlib

Buxarest. 7 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik Belçikanın “Mouscron” klubu ilə razılığa gəlib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu gün imzalanacaq müqaviləyə əsasən, Mirça Rednik mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Klub rəhbərliyi 54 yaşlı rumın mütəxəssisin qarşısına komandanı əsas liqada saxlamaq vəzifəsi qoyub.

Bazar ertəsi klub baş məşqçi Glen de Boecklə yollarını ayırıb. Buna səbəb Glen de Boeckin rəhbərliyi altında “Mouscron” klubunun ölkə çempionatında uğursuz çıxışıdır. Belə ki, 17 oyuna 11 xal toplayan klub, çempionatın autsayderlər qrupunda qərarlaşıb.

Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"nın baş məşqçisi olub. "Ağ-yaşıllar" onun rəhbərliyi dövründə 2010-2011-ci illər mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıblar.

Son xəbərlər

Orphus sistemi