Yuxarı

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Türkiyə I Liqasında çalışacaq

"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Türkiyə I Liqasında çalışacaq
Mustafa Denizli Eskişehirsporun sükanı arxasına keçib

Bakı. 15 fevral. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə "Eskişehirspor"unun sükanı arxasına keçib. 

"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, 68 yaşlı mütəxəssis I Liqa təmsilçisinin baş məşqçi postunda Alpay Özalanı əvəzləyib. 

Özalan ötən tur evdə "Manisaspor"a 1:5 hesabı ilə uduzduqdan sonra istefaya göndərilib. Hazırda "Eskişehirspor" 35 xalla 4-cü pillədədir.

Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"ı tərk etdikdən sonra işsiz qalan Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi