"Xəzər Lənkəran"ın futbolçusu klubdan xəbərsiz seçkiqabağı təbliğat kampaniyasına qoşulub

"Xəzər Lənkəran"ın futbolçusu klubdan xəbərsiz seçkiqabağı təbliğat kampaniyasına qoşulub Klub bununla bağlı açıqlama verib
Futbol
19 Oktyabr , 2015 16:40
Xəzər Lənkəranın futbolçusu klubdan xəbərsiz seçkiqabağı təbliğat kampaniyasına qoşulub

Bakı. 19 oktyabr. REPORT.AZ/ 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən deputatlığa namizədlərdən biri təbliğat çarxına "Xəzər Lənkəran" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Cəlal Hüseynzadəni çəkib. "Report"un məlumatına görə, təşviqat vəsaitində 17 yaşlı oyunçunun iki saniyəlik əksi və sözləri yer alıb.

Lakin çəkilişin klubun icazəsi olmadan aparıldığı üzə çıxıb. Bununla bağlı "ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlama verib: "Xəzər Lənkəran" olaraq seçkidə hər bir namizədə uğurlar arzulamaqla yanaşı, bildiririk ki, klubumuz seçki təbliğatına qoşulmur və heç bir namizədi dəstəkləmir. Həmin videoda yer alan epizod yeniyetmə futbolçunun klubun intizam kodeksini bilməyərək pozmasından irəli gəlir".

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi