Yuxarı

​"Xəzər Lənkəran" fasilə müddətində Bakıda hazırlaşacaq

Lənkəran şəhər stadionunda təmir işləri aparılacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ Futbol üzrə Topaz Premyer Liqasında yaranmış 18 günlük fasilə müddətində "Xəzər Lənkəran" klubu hazırlığı Bakıda keçəcək. Klubdan "Report"a verilən məlumata görə, komandanın paytaxta köçməsinin səbəbi Lənkəran şəhər stadionunun ot örtüyünə yeni toxumların əkilməsidir.

Hazırda istirahətə buraxılan "Xəzər Lənkəran" futbolçuları noyabrın 5-də yenidən bir araya gələcəklər. Komanda fasilə müddətində "Dalğa Arena"da baş məşqçi Oğuz Çətinin rəhbərliyi altında hazırlıq keçəcək. Yoxlama görüşünün keçirilməsi planda olsa da, rəqibin kimliyi hələ ki, bəlli deyil.

Qeyd edək ki, "Xəzər Lənkəran" Azərbaycan çempionatında geridə qalan 11 turdan sonra 17 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi