Yuxarı

​"Xəzər Lənkəran"da qalacaq legioner futbolçuların kimliyi açıqlanıb

3 əcnəbi futbolçudan başqa digərləri ilə yollar ayrılacaq

Bakı. 25 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunda qalacaq legioner futbolçuların kimliyinə aydınlıq gəlib. Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

Klub rəsmisi qapıçı Vyekoslav Tomiç, yarımmüdafiəçi Alfred Sanko və Sadio Tounkaranın komandada saxlanılacağını söyləyib. O, böyük ehtimalla digər legionerlərlə yolların ayrılacağını açıqlayıb.

Qeyd edək ki, türkiyəli mütəxəssis Oğuz Çətinin istefasından sonra komandanın baş məşqçi postuna Elbrus Məmmədov gətirilib. Yerli mütəxəssisin gəlişi ilə heyətdə gəncləşdirmə siyasətinin aparılacağını bildirən rəhbərlik "Xəzər Lənkəran"ın əsasən öz yetirmələrinə üstünlük verəcəyini açıqlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi