"Xəzər Lənkəran" braziliyalı futbolçuları ilə müqaviləni pozub

"Xəzər Lənkəran" braziliyalı futbolçuları ilə müqaviləni pozub Klub 3 legioneri ilə yollarını rəsmən ayırıb
Futbol
3 Fevral , 2015 11:07
Xəzər Lənkəran braziliyalı futbolçuları ilə müqaviləni pozub

Bakı. 3 fevral. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu 3 futbolçusu ilə yollarını rəsmən ayırıb. "Report"un klubun saytına istinadən verdiyi məlumata görə, bunlar Vanderson Skarduelli, Tyeqo de Jesus və Fernando Qabrieldir. 

Braziliyalı legionerlərlə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib. 

"Xəzər Lənkəran" rəhbərliyi onlara klub qarşısında xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi