​"Xəzər Adaları" futzal klubu yeni oyunçularını təqdim edib

​"Xəzər Adaları" futzal klubu yeni oyunçularını təqdim edib Konfransda gələcək planlarla bağlı danışan icraçı direktor cari mövsüm üçün "adalılar"a xərclənən məbləği açıqlayıb
Futbol
24 Yanvar , 2015 18:11
​Xəzər Adaları futzal klubu yeni oyunçularını təqdim edib

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün "Avesta Konsern MMC"nin inzibati binasında "Khazar İslands" futzal klubunun yeni oyunçuları - Karlos Anos Rodrigez, Lolo Xarken, Çiko Paulista və Felipe Ribeyronun təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, təqdimat mərasimində klubun icraçı direktoru Fuad Qəmbərov və komandanın baş məşqçisi Elnur Qənbərov iştirak edib.

Yeni transferlərdən söz açan baş məşqçi Karlos Anosun İspaniya millisində çıxış etdiyini vurğulayaraq Felipe ilə bir yerdə oynadığını deyib. 

"Şiko Paulista Braziliyanın ən güclü 10 futzalçısı sırasındadır. Cefferson və Luis Neqao ilə yollarımızı ayırmışıq, Tapeyranı da göndərməyi düşünürük. Sloveniya yığmasının kapitanını almaq istəyirdik. Amma həmin müdafiəçinin transferinə 23-25 min avro istənildiyi üçün bu keçiddən imtina etdik".

Konfransda gələcək planlarla bağlı danışan icraçı direktor cari mövsüm üçün "adalılar"a xərclənən məbləği açıqlayıb. Onun sözlərinə görə, komandaya 1 milyon avro xərclənib. 

"Yaxın vaxtlarda Akademiya fəaliyyətə başlayacaq. Eyni zamanda, öz zalımızın inşasına da start vermişik. Gələcəkdə isə futbol klubu yaratmaq variantını da istisna etmirik" - deyə Fuad Qəmbərov bildirib.

Son xəbərlər

Orphus sistemi