Yuxarı
    Bağlamaq

    ​Xərçəng xəstəliyi olan futbolçunun durumuna aydınlıq gətirilib

    Müayinənin nəticəsi müsbət olub

    Bakı. 2 fevral. REPORT.AZ/ Xərçəng xəstəliyi aşkarlandığı ehtimal edilən Bakının AZAL klubunun futbolçusu Rüfət Musayevin müayinəsinin nəticəsi məlum olub. Komandanın həkimi Sədrəddin Məmmədov "Report"a açıqlamasında Onkoloji Dispanserdə keçirilən müayinənin nəticəsinin müsbət olduğunu deyib.

    Onun sözlərinə görə, futbolçunun dirsəyində olan şiş xoş xassəlidir: "Müayinədən sonra məlum oldu ki, şiş xoş xassəlidir. Müalicəsi davam etdirilir. Ancaq nə vaxt meydana qayıdacağı bilinmir. Son turda "Qarabağ"la oyuna özü də gəlmişdi. Dedi ki, özümü yaxşı hiss edirəm. Rüfət ailənin tək övladıdır, bu səbəbdən də ona dəstək lazımdır".

    Qeyd edək ki, R.Musayev AZAL-a "Neftçala"dan transfer edilib. Bir neçə gün əvvəl futbolçunun dirsəyində şiş aşkarlanıb, ilkin diaqnoza görə, onda xərçəng xəstəliyi olduğu məlum olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi