Məşhur ispaniyalı futbolçu karyerasını başa vuracağını açıqlayıb

Məşhur ispaniyalı futbolçu karyerasını başa vuracağını açıqlayıb Xabi Alonso qərarını klub rəhbərliyinə bildirib
Futbol
18 Yanvar , 2017 16:49
Məşhur ispaniyalı futbolçu karyerasını başa vuracağını açıqlayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Almaniyanın "Bavariya" klubunda çıxış edən Xabi Alonso cari mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq. "Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, bu barədə futbolçunun özü açıqlama verib.

36 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin rəhbərliyi ilə görüşdə qərarını bildirib.

Qeyd edək ki, Xabi Alonso 2004-cü ildən çıxış etdiyi İngiltərənin "Liverpul" klubunda Çempionlar Liqasının qalibi (2004/2005) olub, UEFA Super Kubokunu (2005) və İngiltərə Kubokunu (2005/2006) qazanıb. O, 2009-cu ildə transfer olduğu İspaniya "Real Madrid"ində Çempionlar Liqasının qalibi (2013/2014) adını qazanıb. İspaniyalı yarımmüdafiəçi Madrid klubu ilə La Liqa çempionluğunu (2011/2012) yaşayıb, 2 dəfə Kral Kuboku (2011, 2014) və 1 dəfə İspaniya Super Kubokunu (2012) əldə edib. 2014-cü ildən karyerasını "Bavariya"da davam etdirən Alonso 2 dəfə ölkə çempionu olub. Futbolçu İspaniya yığmasının heyətində 116 oyun keçirib və 16 qol vurub. Onun yığma aktivində bir dəfə dünya (2010), 2 dəfə Avropa çempionluğu (2008, 2012) var.

Son xəbərlər

Orphus sistemi