Yuxarı

​Xaqani Məmmədov: "Elvin Əsgərov cəzalanacaq"

Hakim epizodu düzgün dəyərləndirməyib

Bakı. 1 aprel. REPORT.AZ/ AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan Premyer Liqasında XXVII turun "Sumqayıt" - "Xəzər Lənkəran" oyununda baş hakim Elvin Əsgərovun qərarına münasibət bildirib. X.Məmmədov "Report"a açıqlamasında hakimin qərarının tamamilə yalnış olduğunu deyib.

Onun sözlərinə görə, "Sumqayıt"ın futbolçusu Mikayıl Rəhimova qırmızı vərəqə düzgün verilməyib: "Referi tamamilə səhv qərar verib. İntizam Komitəsinin qərarına əsasən ölçü götürüləcək. Ona elə gəlib ki, həmin epizodda futbolçu təhlükəli oynayaraq, rəqibi aşkar qol vurma imkanından məhrum edib. Amma özünə də izah etdik ki, bu, belə deyil. Elvin Əsgərov mütləq cəzalanacaq".

Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, "Sumqayıt" - "Xəzər Lənkəran" oyununun 70-ci dəqiqəsində Mikayıl Rəhimova göstərilmiş qırmızı vərəqə ləğv edilib, Hakimlər Komitəsi isə baş hakim Elvin Əsgərovun idarəçiliyi barədə ölçü götürməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi