Vyetnamlı qapıçı bilərəkdən qol buraxdığı üçün cəzalandırılıb

Vyetnamlı qapıçı bilərəkdən qol buraxdığı üçün cəzalandırılıb Nquyen Min Nhut 2 illik diskvalifikasiya olunub
Futbol
22 Fevral , 2017 16:39
Vyetnamlı qapıçı bilərəkdən qol buraxdığı üçün cəzalandırılıb

Bakı. 22 fevral. REPORT.AZ/ Vyetnam ın "Donqtam Lonqan" futbol komandasının qapıçısı Nquyen Min Nhut 2 illik diskvalifikasiya olunub.

"Report"un Vyetnam Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı qolkiperin ölkə çempionatının VI turu çərçivəsində "Xoşimin Siti"yə qarşı görüşdəki davranışı onun sanksiya ilə üzləşməsinə səbəb olub.

Fevralın 19-da baş tutmuş görüşdə hesab 2:2 olarkən, baş hakim "Donqtam Lonqan"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Nquyen Min Nhut isə referinin qərarına etiraz əlaməti olaraq, rəqib futbolçu penalti vuruşunu yerinə yetirən zaman ona arxasını çevirib. Sonra isə qonaq komandanın futbolçuları rəqibin daha 2 qol vurmasına şərait yaradıblar. Nəticədə görüş "Xoşimin Siti"nin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Vyetnam Futbol Federasiyası qapıçı ilə yanaşı, klubun prezidenti Vo Tan Niem və komandanın baş məşqçisi Quanq Sanqı 3 il müddətinə cəzalandırıb. Onlar müvafiq olaraq, 833 avro və 624 avro, klub isə 4168 avro cərimə də ödəyəcək.

Qeyd edək ki, "Donqtam Lonqan" 6 turdan sonra 4 xalla sonuncu - 14-cü pillədədir.

Son xəbərlər

Orphus sistemi