Bakı. 12 avqust. REPORT.AZ/ Vyananın "Qarabağ" klubu yeni mövsümə hazırlığı davam etdirir.
Klubdan "Report"a verilən məlumata görə, "Stadtliga"nın başlanmasına 10 gün qaldığı müddətdə Vyana komandası artıq ilk transferini rəsmiləşdirib.
Baxışda olan Orxan Qocayevlə müqavilə imzalanıb. Gənc futbolçu əsas heyətlə məşqlərdə iştirak etməsinə baxmayaraq, yeni mövsümdə ilk 5 həftə B komandasında meydana çıxacaq.
Qeyd edək ki, bu mövsüm azərbaycanlıların yaratdığı "Qarabağ" futbol klubu Avstriyanın II Landesliqasında çempion olub. Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədilə yaradılıb. Vyana klubunun İdarə Heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.