Azərbaycan millisinin baş məşqçisi: "Türkiyə klubunun prezidentinin bir sözü mənə çox təsir etdi"

Azərbaycan millisinin baş məşqçisi: "Türkiyə klubunun prezidentinin bir sözü mənə çox təsir etdi" Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycanın U-19 komandası ilə indiyə qədərki ən yaxşı nəticəni qazandıq. Qrupa da düşəcəyimizə ümid edirik. U-16 yığmasında 2000 ve 2001-ci il təvəllüdlü futbolcularla 4 il əvvəl işləməyə başladıq. Köməkçilərimizlə bərabər hazırkı heyəti çox yaxşı tanıyırıq və durmadan irəliləyirik”.
Futbol
15 Fevral , 2019 11:55
Azərbaycan millisinin baş məşqçisi: Türkiyə klubunun prezidentinin bir sözü mənə çox təsir etdi

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycanın U-19 komandası ilə indiyə qədərki ən yaxşı nəticəni qazandıq. Qrupa da düşəcəyimizə ümid edirik. U-16 yığmasında 2000 ve 2001-ci il təvəllüdlü futbolcularla 4 il əvvəl işləməyə başladıq. Köməkçilərimizlə bərabər hazırkı heyəti çox yaxşı tanıyırıq və durmadan irəliləyirik”.

“Report” xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt “Sabah” nəşrinə açıqlamasında deyib. 

Əvvəllər “Trabzonspor” və “Altınordu” klublarında təcrübə keçdiyini söyləyən V.Məmməd bunun sayəsində bir sıra futbolçuları yığmaya qazandırdıqları deyib: “Bu klublardan millimizə oyunçular götürdük. Dəvət etdiklərimiz arasında “Beşiktaş”, “Trabzonspor”, “Qalatasaray” və “Altınordu”nun əsas komandalarına qədər irəliləyənlər oldu. Hətta bəziləri Türkiyənin əsas yığmasında oynayır, bəziləri isə Azərbaycanın U-21 yığmasına çağrılırlar. “Altınordu”nun prezidenti Seyit Mehmet Özkan 2017-ci ildə Avropa çempionatının ilkin təsnifat mərhələsinin qrup matçları ərəfəsində mənə bir tövsiyə verdi. O, azərbaycanlı futbolculara sahib çıxmağımı, onlara dəyər verməyimi və üzərilərində çox çalışmağımı istədi. Onun özü də hazırda “Altınordu”da türk futbolçular yetişdirməkdədir və həmin oyunçuların haralara gəldiklərinə hər kəs şahiddir. Mehmet bəyin bir cümləsi mənə çox təsir etdi. O, bugünə qədər azərbaycanlı futboçuların daha istedadlı və bacarıqlı olduğunu düşünərək, onların uğur qazanmaları üçün çalışdıqlarını vurğuladı”.

V.Məmməd yığmada Almanya, Rusiya, Litva və İngiltərə liqalarında çıxış edən futbolçuların da olduğunu və onları klublarında yaxşı oyun sərgiləmələri səbəbindən komandaya dəvət etdiklərini söyləyib: “Bizim üçün önəmli olan 5 meyar var: Texniki, taktiki, fiziki hazırlıq, eləcə də ictimai fəallıq və psixoloji durum. Klub məşqçiləri ilə məsləhətləşərək, bu meyarlar üzrə seçimlər edirik”.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi hazırda İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışındadır. Vüqar Məmmədin baş məşqçi olduğu komanda Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, martın 23-də İrlandiya, martın 26-da Rumıniya ilə qarşılaşacaq. İspaniya toplanışından əvvəl yığma 19 - 30 yanvarda Antalya bölgəsində hazırlıq keçib və 4 yoxlama oyununda qüvvəsini sınayıb. 

Son xəbərlər

Orphus sistemi