Vüqar Məmməd: “Xarici klublar 4-5 azərbaycanlı futbolçu ilə maraqlanır” - MÜSAHİBƏ

Vüqar Məmməd: “Xarici klublar 4-5 azərbaycanlı futbolçu ilə maraqlanır” - MÜSAHİBƏ Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmmədin “Report”a müsahibəsi
Futbol
7 Dekabr , 2018 13:23
Vüqar Məmməd: “Xarici klublar 4-5 azərbaycanlı futbolçu ilə maraqlanır” - MÜSAHİBƏ

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmmədin “Report”a müsahibəsi


- Azərbaycan millisi Avropa çempionatının elit-raundunda İrlandiya, Rusiya və Rumıniya ilə eyni qrupda yer alacaq. Püşk ürəyinizcədir?

- Normal qrupa düşmüşük. Qrupumuz bundan güclü və ya zəif də ola bilərdi. Rəqiblər səviyyə baxımından bir-birlərindən böyük ölçüdə fərqlənmirlər. Yalnız qrup qalibi final mərhələsinə vəsiqə qazanacağı üçün biz də birinci yer üçün oynayacağıq.

- Qrupun favoriti hansı komandadır?

- Hazırkı durumda İrlandiya və Rusiya bir qədər üstün görünə bilər, lakin bizim də şansımız var.

- Yəni, Azərbaycan millisi sürprizə imza ata bilər?

- Bəli, mümkündür. Rəqibləri tanıyırıq, bundan sonra da daha yaxşı təhlil edəcəyik.

- Qrupun oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək. Bu, Şimal qonuşularımız üçün üstünlük sayıla bilər?

- Əlbəttə, öz ölkələrində oynamaq Rusiya yığması üçün müsbət məqamdır. Bu ilin martında ruslarla Bakıda 2 yoxlama oyunumuz olub. Birində 4, digərində 1 cavabsız qolla uduzmuşuq. Lakin həmin vaxtdan bəri komandamızda inkşaf var. Elit-raunda vəsiqə qazanmağımız da təsadüfi deyil. Bundan sonra üzərimizdə çox çalışacağıq. Futbolçulara da demişəm ki, biz bu tapşırığın öhdəsindən gələ bilərik. Bunun üçün nə lazımdırsa, edəcəyik.

- Milli elit-raundda uğur qazanacağı təqdirdə Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə əldə edəcək. Düşmən ölkədə oynamaq yığma üçün problem yaratmaz ki?

- Yarış UEFA bayrağı altında keçirilir, heç bir problem olmaz. Bu, idmandır, belə hallar normaldır. Peşəkar idmançı istənilən yerdə üzərinə düşəni etməlidir. Ermənistanda oynamaq bizim üçün əlavə təzyiq olmaz.

- Yeri gəlmişkən, milli komanda Gürcüstanda keçirilən seçmə mərhələ oyunlarında uğurlu çıxış etməklə elit-raunda düşdü. Həmin yarışları izləyən əcnəbi mütəxəssislər azərbaycanlı futbolçular haqda xoş sözlər deyiblər. Bəs, hansısa xarici klub nümayəndələri tərəfindən maraqlananlar oldumu?

- Bəli, şəxsən mənimlə danışanlar oldu. Slovakiya və Çexiya klublarının nümayəndələri millimizin 4-5 futbolçusu ilə maraqlandılar. Təəssüf ki, onların adlarını açıqlaya bilmərəm. Həm də onlara bildirim ki, transfer üçün futbolçuların klubları ilə təmasa keçsinlər. Həmin uşaqların klubları ilə müqavilələri var.

- Onların keçidi nə dərəcədə realdır?

- Bunu zaman göstərəcək. Futbolçularımız böyümək üçün xarici klublara getməlidirlər. Belədə ciddi inkişaf da olacaq. Son illər oyunçularımızda həm potensial, həm də mentalitet baxımından yaxşıya doğru dəyişiklilər müşahidə olunur. Hazırda Azərbaycanda çox yaxşı futboçular var. Onların çoxu Avropada çıxış edəcək potensiala malikdirlər.

- Milli Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsində Çexiya, Norveç və San Marino ilə eyni qrupda düşüb. Bu rəqiblər barədə nə deyə bilərsiniz.

- Hələlik bütün fikrimizi elit-raunda yönəltmişik. Seçmə mərhələnin oyunları 2019-cu il noyabrın 13-dən 19-dək Yunanıstanda keçiriləcək. Rəqiblər barədə ümumi məlumatımız var. Çexiya və Norveçdə uşaq və gənclər futboluna böyük önəm verilir. Bütün komandaları təhlil edəcəyik.

Son xəbərlər

Orphus sistemi