"Vulverhempton" 96-cı dəqiqədə məğlubiyyətdən qaçıb

"Vulverhempton" 96-cı dəqiqədə məğlubiyyətdən qaçıb Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə çempionatının 26-cı turunda Vulverhempton və Nyukasl Yunayted 1:1 hesablı heç-heçə edib.
Futbol
12 Fevral , 2019 05:28
Vulverhempton 96-cı dəqiqədə məğlubiyyətdən qaçıb

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə çempionatının 26-cı turunda "Vulverhempton" və "Nyukasl Yunayted" 1:1 hesablı heç-heçə edib.

“Report” xəbər verir ki, görüş Vulverhempton şəhərinin "Moline" stadionunda baş tutub.

Matçda hesabı 56-cı dəqiqədə rəqib komandanın üzvü Ayzak Heyden açıb. "Nyukasl" qələbəyə yaxın olsa da, 96-cı dəqiqədə Viyi Boli qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

Oyundan sonra "Nyukasl" 25 xal yığaraq turnir cədvəlinin 16-cı pilləsinə qalxıb, "Vulverhempton" isə 39 xal ilə 7-ci yerdə qalıb.

İngiltərə Premyer Liqası. 26-cı tur

"Vulverhempton" - "Nyukasl Yunayted" - 1:1

Qollar: 0:1 – Heyden – 56, 1:1 – Boli – 90+6

Son xəbərlər

Orphus sistemi