Yuxarı
    Bağlamaq

    "Vorskla" - "Qarabağ" matçında azarkeşlər arasında dava olub

    Poltava. 9 noyabr. REPORT.AZ/ Ukraynanın Poltava şəhərində "Vorskla" və "Qarabağ" komandaları arasında keçirilmiş Avropa Liqasının IV tur matçında daha bir insident baş verib.

    "Report"un oyuna ezam olunmuş əməkdaşı xəbər verir ki, matçın uzatma dəqiqələrində meydan sahiblərinin azarkeşləri bir-biri ilə dalaşıb.

    Araya girən stüardlar münaqişəni tezliklə aradan qaldırıblar. Polislər insident iştirakçılarını stadiondan kənarlaşdırıblar.

    Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi