Vladimir Petkoviç “Milan”nın yeni baş məşqçisi ola bilər

Vladimir Petkoviç “Milan”nın yeni baş məşqçisi ola bilər "Rossonerilər”in idman direktoru Massimiliano Mirabelli 54 yaşlı mütəxəssislə görüşüb
Futbol
14 Oktyabr , 2017 17:09
Vladimir Petkoviç “Milan”nın yeni baş məşqçisi ola bilər

Bakı. 14 oktyabr. REPORT.AZ/ İsveçrə yığmasının baş məşqçisi Vladimir Petkoviç İtaliyanın “Milan” komandasının sükanı arxasında Vinçentso Montellanı əvəzləyə bilər.

“Report” “Football Italia”ya istinadən xəbər verir ki, “rossonerilər”in idman direktoru Massimiliano Mirabelli bu məqsədlə Bosniya və Herseqovinadan olan 54 yaşlı mütəxəssislə bir araya gəlib.

Görüş İsveçrə yığmasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə səfər matçı zamanı reallaşıb. Tərəflər mümkün əməkdaşlığı müzakirə ediblər.

“Milan” oktyabrın 15-də VIII tur çərçivəsində “İnter”in qonağı olacaq. “Rossonerilər” derbidə uduzacağı təqdirdə, V.Montellanın istefaya göndərilməsi mümkündür.

Qeyd edək ki, V.Petkoviç 2014-cü ildən İsveçrə yığmasına rəhbərlik edir. Onun komandası 2018-ci il dünya çempionatının “pley-off” mərhələsinə vəsiqə qazanıb. “Milan” isə İtaliya A seriyasında 7 turdan sonra 12 xalla 7-ci sırada qərarlaşıb və lider “Napoli”dən 9 xal geri qalır. Bu səbəbdən yay fasiləsində transferlərə böyük vəsait sərf edən klub rəhbərliyi V.Montellanın işindən narazıdır. 

Son xəbərlər

Orphus sistemi