Viza problemini həll edən azərbaycanlı futbolçu "Slaviya"nın əsas komandası ilə məşqlərə başlayır

Viza problemini həll edən azərbaycanlı futbolçu "Slaviya"nın əsas komandası ilə məşqlərə başlayır Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və Çexiyanın Slaviya klubunun üzvü Fərid Nəbiyevin viza problemi həll olunub.
Futbol
12 İyun , 2018 14:17
Viza problemini həll edən azərbaycanlı futbolçu Slaviyanın əsas komandası ilə məşqlərə başlayır
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin və Çexiyanın "Slaviya" klubunun üzvü Fərid Nəbiyevin viza problemi həll olunub. 

Bu barədə "Report"a 19 yaşlı yarımmüdafiəçinin meneceri Vaqif Heydərli məlumat verib. Onun sözlərinə görə, artıq gənc oyunçu üçün işçi vizası alınıb. Sabah axşam saatlarında Praqaya yola düşəcək Nəbiyev iyunun 15-dən əsas komanda ilə məşqlərə başlayacaq. 

"Slaviya"nın U-21 komandasında çıxış edən digər azərbaycanlı futbolçu Rövlan Muradovun məsələsinə isə aydınlıq gəlməyib. Meneceri onun başqa komandaya birdəfəlik və ya icarə əsasında keçidinin gündəmdə olduğunu bildirib. Heydərli məsələyə gələn həftə aydınlıq gələcəyini vurğulayıb. 

Qeyd edək ki, Fərid Nəbiyev 2017-ci ilin sentyabrından, Rövlan Muradov isə bu ilin fevralından "Slaviya"da çıxış edir. Praqa təmsilçisi Nəbiyevlə 3 illik, Muradovla isə sonradan uzadılma bilməsi şərtilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi